İranda qatar biletləri bahalaşır

İranda qatar biletləri bahalaşır
15:28 9 Dekabr 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Təmkin Cəfərov - Trend:

Dekabrın 16-dan İranda sərnişin qatarlarına biletlərin qiyməti 15 faiz artırılacaq. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Dəmir Yolunun baş direktorunun müavini Məhəmməd Raşedi deyib.

M.Raşedi bildirib ki, cari ilin əvvəlindən dəmir yolu şirkətlərinin müraciətlərində iqtisadi problemlər və xərclərin artması səbəbindən biletlərin bahalaşdığı göstərilmişdi: “Sərnişin qatarlarının xərclərinin, o cümlədən vaqonlar təmir və saxlanma xərclərinin çox olmasnıı, qeyri-pik günlərdə qatarların bir tərəfə boş qayıtmasını nəzərə alaraq, biletlərin qiymətinin artırılmasına qərar verilib. Qərar dekabrın 16-dan icra olunacaq”.

Onun sözlərinə görə, dəmir yolunda hazırda 137 sərnişin qatarı fəaliyyət göstərir: "Onlardan 24 qatar böyük şəhərlərin ətraf qəsəbələrinə işləyir ki, həmin qatarlarda qiymət artımı olmayacaq. 90 qatarda qiymət artımı 10 faizdən aşağı, 10 qatarda isə qiymət artımı 15 faizədək olacaq".

Qeyd edək ki, İranda sərnişinlər üçün qatar biletinin qiyməti xidmətin keyfiyyətinə görə adambaşına 250 000 rialdan (7 dollar) 720 000 riala (20 dollar) kimi dəyişir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2467208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR