Qazaxda “Yarımçıq xatirələr” bədii filmi nümayiş olunub

Qazaxda “Yarımçıq xatirələr” bədii filmi nümayiş olunub
15:28 9 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+


Qazax, 9 dekabr, AZƏRTAC
Qazax şəhərindəki Azərbaycan kinoteatrında “Yarımçıq xatirələr” bədii filmi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin, rayon icra hakimiyyətinin məsul işçiləri, rayon mədəniyyət və turizm şöbəsinin əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Nazirliyin kinematoqrafiya şöbəsinin məsul işçisi Almaz Sultanzadə çıxışında Azərbaycan kinoteatrında kino-zalın fəaliyyətinin bərpa olunması, “Yarımçıq xatirələr” bədii filminin ərsəyə gəlməsi, gənclərdə vətənpərvərlik hissinin formalaşmasında bu cür filmlərin rolundan danışıb. Həmçinin qeyd edilib ki, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair” Dövlət Proqramına uyğun olaraq nazirliyin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında vətənpərvərlik mövzusunda bir çox filmlər çəkilib. Vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsinin hər zaman yad edilməsi, gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə bu cür filmlərin bölgələrdə də nümayiş etdirilməsi nəzərdə tutulub.
Filmdə baş rollarda çəkilən aktyorlardan Bəhruz Vaqifoğlu və Şamil Süleymanov çəkiliş zamanı yadda qalan məqamlardan danışıblar.
Sonda “Yarımçıq xatirələr” bədii filminə baxış keçirilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazaxda_Yarimchiq_xatireler_bedii_filmi_numayis_olunub-909643

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR