Almaniyanın ölkəmizdəki səfiri ATMU-da

Almaniyanın ölkəmizdəki səfiri ATMU-da
15:33 9 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC 
Azərbaycan Turizm və Menecment Universitetinin( ATMU) rektoru, professor Cəfər Cəfərov Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel ilə görüşüb.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor almaniyalı diplomata rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, gələcək planları, xarici əlaqələri, xüsusən Almaniyanın nüfuzlu təşkilatları və universitetləri ilə əməkdaşlığın müsbət nəticələri barədə məlumat verib.
Görüşdə hər iki ölkədə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri, problemləri, eyni zamanda, əməkdaşlığın perspektivləri müzakirə olunub.
H.Tempel universitetin tələbələri və alman dili fənnini tədris edən müəllimlərlə ilə görüşüb, onlara ölkəsində turizmin müasir vəziyyəti, turizm potensialı haqqında məlumat verib.
Sonra almaniyalı diplomat ATMU-nun kitabxanası, Dil Mərkəzi və digər struktur bölmələrinin fəaliyyəti ilə tanış olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almaniyanin_olkemizdeki_sefiri_ATMU_da-909646

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR