“Petkim PetroKimya Holding A.Ş.” əvəzsiz sərmayəsini 1,5 milyard türk lirəsinə çatdıracaq

“Petkim PetroKimya Holding A.Ş.” əvəzsiz sərmayəsini 1,5 milyard türk lirəsinə çatdıracaq
15:33 9 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, Nihad Budaqov, AZƏRTAC 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi olan və 60-a yaxın neft-kimya xammalı istehsal edən “Petkim PetroKimya Holding A.Ş.” sərmayəsini 50 faiz nisbətində əvəzsiz olaraq 1,5 milyard türk lirəsinə çatdıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Türkiyənin Cəmiyyəti Məlumatlandırma Platformasının (Kamuyu Aydınlatma Platformu (KAP) rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, əvəzsiz sərmayəsini artırmaq barədə qərar verən “Petkim PetroKimya Holding A.Ş.” sərmayəsini 1 milyard türk lirəsindən 1,5 milyard türk lirəsinə artıracaq. Beləliklə şirkət öz səhmdarlarına nominal 1 türk lirəsi qiymətində olan payları üçün 50 faiz nisbətində əvəzsiz sərmayə artımı tətbiq edəcək. Hazırda bu işlər çərçivəsində lazımlı icazələrin alınması üçün tədbirlər başlanılıb.
Qeyd edək ki, “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin 61,32 faizi SOCAR-a məxsusdur. SOCAR 2012-ci il mayın 30-dan etibarən isə Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Petkim_PetroKimya_Holding_AS_evezsiz_sermayesini_15_milyard_turk_liresine_chatdiracaq-909645

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR