SOCAR-AQŞ Səudiyyə Ərəbistanında VII Beynəlxalq neft və qaz sərgisində (FOTO)

SOCAR-AQŞ Səudiyyə Ərəbistanında VII Beynəlxalq neft və qaz sərgisində (FOTO)
15:38 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

23-25 noyabr 2015-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının Dammam şəhərində VII Beynəlxalq neft və qaz sərgisi təşkil olunub.

SOCAR-AQŞ şirkətindən Trend-ə verilən məlumata görə, beynəlxalq sərgiyə Avropa, Asiya, Yaxın Şərq və MDB məkanından 70-yə yaxın şirkət və 300-dən çox nümayəndə qatılıb. Sərginin açılış mərasimində Krallığın Şərq əyalətlərinin hakimi şahzadə Saud Bin Naif Bin Abdulaziz iştirak edib. Şahzadə və onu müşayiət edən nümayəndə heyəti sərgi pavilyonunda müxtəlif şirkətlərin sərgi guşələri ilə yaxından tanış olublar.

SOCAR-AQŞ-nin sərgi guşəsi həm yerli, həm də xarici şirkətlər arasında böyük marağa səbəb olub. Müəssisənin məsul əməkdaşları iştirakçılara Azərbaycanın neft-qaz sənayesinin qədim zamanlardan başlayaraq müasir dövrümüzədək olan tarixi inkişaf mərhələləri, ölkəmizin dünya neft sənayesinə verdiyi töhfələrlə yanaşı, müəssisənin Xəzər dənizinin dayazsulu hissəsində, həmçinin yüksək təzyiq və temperaturlu yataqlarda həyata keçirdiyi yeni qazma layihələri barədə də ətraflı məlumat veriblər.

Sərgidə müəssisənin fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub, müxtəlif çeşidli jurnal və bukletlər yerli və xarici qonaqlara təqdim edilib.

SOCAR-AQŞ MMC-nin bu sərgidə iştirakı müəssisənin beynəlxalq qazma sənayesinə inteqrasiya siyasətinin davamı olmaqla yanaşı, müəssisə biznesinin beynəlxalq inkişafı üçün yeni imkanlar açır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2467409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR