Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda magistratura səviyyəsində kadr hazırlığı iki istiqamətdə aparılacaq

Azərbaycanda magistratura səviyyəsində kadr hazırlığı iki istiqamətdə aparılacaq

Date: 9 December 2015 15:42

Bakı. 9 dekabr. REPORT.AZ/ "Azərbaycanda ali təhsilin magistratura səviyyəsində kadr hazırlığı iki istiqamətdə aparılacaq". "Report" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri isa Həbibbəyli "Təhsil haqqında" qanun layihəsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Sədrin sözlərinə görə, qanunvericiliyə təklif edilən dəyişiklik buna zəmin yaradır: "Magistratura iki istiqamətə ayrılacaq. Yəni, gələcəkdə həm ixtisas, həm də tədqiqat magistraturası olacaq. Tədqiqat magistraturasında oxuyanlara öz ixtisasları üzrə sırf nəzəri biliklər veriləcək, onlar sırf nəzəriyyəçi olacaqlar. İxtisas üzrə magistratura təhsili alanlara isə öz ixtisası üzrə praktiki biliklər veriləcək".
O, həmçinin əlavə edib ki, ixtisas üzrə magistr dərəcəsi alan yalnız ixtisas üzrə mütəxəssis olacaq: "Həmin şəxslərin doktoranturaya sənəd verməsinə icazə verilməyəcək, onlar magistr dərəcəsi ilə peşə fəaliyyətlərini davam etdirə biləcəklər. İkinci istiqamət üzrə təhsil alanlar isə tədqiqatçı olacaqlar. Onlar magistr dissertasiyasını müdafiə edəcək və sonra tədqiqatla məşğul olacaqlar".

Tags:  Azərbaycanda magistratura səviyyəsində kadr hazırlığı iki istiqamətdə aparılacaq

RƏYLƏR


Top news