Ulduz müğənni eşqə düşüb (FOTO)

Ulduz müğənni eşqə düşüb (FOTO)
15:46 9 Dekabr 2015
119 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Castin Biber “İnstaqramda” səhifəsində tanımadığı qızın fotosunu paylaşıb.

ANS PRESS-in məlumatına görə, qızın gözəlliyinə vurulan müğənni şəkli "ilahi, bu kimdir" başlığı ilə təqdim edib.

Qısa zamanda fanat ordusu qızın kimliyini bəlli edib və həmin qızın adından onlarla saxta profil açılıb.


Castin Biberin "Instaqram" səhifəsi

Sindi Kimberli adlı qız Castinin fanatı imiş. O, ifaçının rəsmi saytına video göndərdikdən sonra onun diqqətini çəkib.

Kanadalı müğənni, aktyor və model C.Biberin karyerası, "YouTube" video paylaşım saytına qoyduğu videolarının 2008-ci ildə Skot Braun tərəfindən kəşf edilməsi ilə başlayıb.


Castin Biber - "Boyfriend"

Daha sonra Skot Braun Castin Biberin meneceri olub. 2010-cu ildə Castin Biber MTV Avropa Musiqi Mükafatlarında "İlin Kişi Sənətçisi" mükafatını qazanıb.

Həmçinin oxuyun:
Qalmaqallı müğənni rekord vurdu (FOTO, VİDEO)

Ulduz müğənni inanılmaz rekorda imza atdı (FOTO, VİDEO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR