Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan ilə Koreya Respublikası arasında hərbi sahədə münasibətlər uğurla davam edir

Date: 9 December 2015 15:48


Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Kim Çanq-gyu ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Koreya Respublikası arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının rolunun xüsusi vurğulandığı görüşdə bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdiyi bildirilib.
Söhbət zamanı hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqdan məmnunluq ifadə edilib, əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Səfir Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Tags:  Azərbaycan Koreya Respublikası arasında hərbi sahədə münasibətlər uğurla davam edir


RƏYLƏR


Top news