Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Fuad Qəhrəmanlı apellyasiya şikayəti verib

​Fuad Qəhrəmanlı apellyasiya şikayəti verib

Date: 9 December 2015 15:52

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Nəsimi Rayon Məhkəməsinin onun barəsində çıxardığı həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarından apellyasiya şikayəti verib.
"Report"un məlumatına görə, şikayət ərizəsi Bakı Apellyasiya Məhkəməsinə bu gün təqdim olunub.
Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı dekabrın 8-də Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
F.Qəhrəmanlıya qarşı Azərbaycan Cinayət Məcəlləsinin 281.1 (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

Tags:  Fuad Qəhrəmanlı apellyasiya şikayəti verib

RƏYLƏR


Top news