Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Beynəlxalq Alman Əməkdaşlıq Təşkilatının nümayəndələri Azərbaycan Texnologiya Universitetində görüş keçirib

İƏT-in baş katibi: "Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etməlidir" (14 Mart 2017 07:12)
Azərbaycan prezidenti: “Ermənistan sanksiyalara məruz qalmalıdır” (01 Mart 2017 21:59)
İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak edir (01 Mart 2017 09:14)

Tarix: 9 Dekabr 2015 15:53

Bakı. Trend:

Beynəlxalq Alman Əməkdaşlıq Təşkilatının (GİZ) Cənubi Qafqazda Yerli Özünüidarəetmə Proqramının rəhbəri Axel Müller və proqramın mütəxəssisi Mehdi Abdullayev Azərbaycan Texnologiya Universitetində (ATU) olub.

Trend-in məlumatına görə, universitetin rektoru professor Akif Süleymanov ilə görüşdə A.Müller GİZ-in dünyada və Azərbaycanda həyata keçirdiyi layihələr haqqında danışıb. Professor Akif Süleymanov isə qonaqlara universitet haqqında geniş məlumat verib. O, qeyd edib ki, ATU-nun tələbə və müəllimləri də GİZ-in təhsil yönümlü layihələrində iştirak etməkdə maraqlıdır. Rektor bildirib ki, ortaq fəaliyyət imkanlarının olduğunu nəzərə alaraq ATU-ilə Beynəlxalq Alman Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi hər iki tərəf üçün səmərəli ola bilər.

Beynəlxalq Alman Əməkdaşlıq Təşkilatının nümayəndələri daha sonra ATU-nun Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüş keçirib. Almaniya və Azərbaycan arasındakı əlaqələr haqqında danışan A.Müller bildirib ki, GİZ-in yeni yaradılan regional ofisi ATU ilə səmərəli əməkdaşlığın davam etdirilməsinə imkan verəcək. Öz ölkəsində bir müddət bələdiyyə sədri olduğunu da deyən A.Müller bildirib ki, Almaniyadakı inzibati idarəetmə sistemi və bələdiyyələrin fəaliyyəti haqqında məlumatların öyrənilməsi bu sahə üzrə təhsil alan tələbələr üçün faydalı ola bilər. GİZ-in nümayəndələri daha sonra tələbələrin suallarını cavablandırıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Beynəlxalq Alman Əməkdaşlıq Təşkilatının nümayəndələri Azərbaycan Texnologiya Universitetində görüş keçirib



RƏYLƏR


Top xəbərlər