Bakı, 9 dekabr, Nihad Budaqov, AZƏRTAC
İran Türkiyəyə ixrac etdiyi təbii qazın miqdarını 50 faizədək azaldıb.
İran gündəlik təxminən 28 milyon kubmetr qaz ixrac etdiyi Türkiyəyə dekabrın 8-dən etibarən həmin həcmi 13-14 milyon kubmetr azaldıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, mütəxəssislər İranın Türkiyəyə ixrac etdiyi qazın miqdarını azaltmasını fövqəladə vəziyyət olmadığı kimi qiymətləndirib və bu prosesin hər il baş verdiyini bildiriblər. Mütəxəssislərin fikrincə, buna səbəb İranda havanın temperaturunun azalmasıdır. İran hər il Türkiyəyə ixrac etdiyi qazın miqdarını havalar soyuması ilə əlaqədar olaraq azaldır.