"Qalatasaray" Avropa Liqasında mübarizə aparacaq

"Qalatasaray" Avropa Liqasında mübarizə aparacaq
15:56 9 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində "Qalatasaray"
öz meydanında "Astana"nı qonaq edib.

ANS PRESS-in məlumatına görə, oyunda hesab matçın 2-ci hissəsində açılıb.

Matçın 62-ci dəqiqəsində "Astana" klubunun futbolçusu Patrik Tvumasi tərəfindən açılıb. Tvumasi Dmitri Şomkonun ötürməsini qola çevirib. "Qalatasaray"ın cavabı isə özünü çox gözlətməyib. Beləki, 64-cü dəqiqədə Selçuk İnan hesaba tarazlıq gətirib. Oyunda başqa qol vurulmadığından matç elə 1:1 hesabı ilə başa çatıb.


"Qalatasaray" - "Astana" oyunu

Bu heç-heçədən sonra aktivinə 1 xal yazdıran "Qalatasaray" klubu "C" qrupunda qrup mərhələsini üçüncü yerdə başa vurduğundan Avropa Liqasının "play-off" mərhələsində mübarizə aparacaq.


"C" qrupunun turnir cədvəli

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5460&nid=366836

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR