Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Kamran Ağayev rəsmən klubsuz qaldı

Kamran Ağayev rəsmən klubsuz qaldı

Kamran Ağayev hələ sağalmayıb - FOTO (03 Mart 2017 15:37)
Kamran Ağayev yenə cəzalandırıldı (22 Fevral 2017 17:12)
Kamran Ağayevdən pis xəbər gəldi (22 Fevral 2017 16:07)

Tarix: 9 Dekabr 2015 15:57

"Karşıyaka" Kamran Ağayevlə yollarını ayırıb. Fanat.az Doğan Xəbər Agentliyinə istinadən хəbər verir ki, tərəflər müqaviləni qarşılıqlı razılıq əsasında pozub.

Kamran baş məşqçi Kemal Özdeşdən iki günlük icazə alaraq Bakıya gəlmişdi. Klubun düşərgəsinə qayıdan Ağayevlə rəhbərlik müqaviləni qarşılıqlı razılıq əsasında pozmaq qərarına gəlib.

Məlumata görə, Kamran klubdan alacağı 35 min dollardan imtina edib. Doğan Xəbər Agentliyi onun Azərbaycan klubu ilə anlaşdığını iddia edib.

Qeyd edək ki, Kamran yayda keçdiyi "Karşıyaka"da 13 çempionat oyununa çıхıb və 20 qol vurub.

Fanat.az

Teqlər:  Kamran Ağayev rəsmən klubsuz qaldı



RƏYLƏR


Top xəbərlər