Bakının məşhur bazarı söküləcək - FOTO

Bakının məşhur bazarı söküləcək - FOTO
15:57 9 Dekabr 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

Bakının ən məşhur ticarət məkanlarından biri, Səbail rayonunda yerləşən köhnə Bayıl bazarının taleyi həll olunur.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bazarı sökmək və onun yerində müasir ticarət mərkəzi tikmək istəyirlər.
İnsafən, Bayıl bazarı çox köhnə təsir bağışlayır, daxildən və xaricdən şəhərin memarlıq görkəminə uyğun gəlmir.
Bazarda alver edənlərin dediklərinə görə, onlar hələ heç nə bilmirlər.


"Bura hansısa adamlar gəlmişdilər, amma söküntü barədə heç nə demədilər. Danışırdılar ki, bazardakı obyektlər müasir tələblərə cavab verməlidir. Bazar böyük deyil. Burada ikimərtəbəli obyekt də var. Meyvə, tərəvəz, geyim ticarəti gedir", - ticarətçilərdən biri dedi.
Bazarda isə boşluqdur, alıcıların sayı satıcılardan dəfələrlə azdır.
Köhnəlmiş bazarın ciddi təmirə ehtiyacı var.

Ümumi sahəsi 1870 kvadrat metr olan bazarda onlarla obyekt var. Bazar ərazisində 2004-cü ildə ikimərtəbəli obyekt tikilsə də, təyinatı üzrə istifadə olunmayıb. Hazırda bu binada məcburi köçkünlər yaşayır.
Adının çəkilməsini istəməyən sahibkarlardan birinin dediyinə görə, iki ay əvvəl iş adamlarını Səbail Rayon İcra Hakimiyətinə yığmışdılar: "Dedilər ki, bazarı yeniləmək gərəkdir. Layihənin hazırlanması və sənədlərin tərtibatında kömək edəcəklərini də söylədilər. Maddi durumumuzu söyləyəndə sponsor yardımlarının olacağını dedilər. Hələ də konkret heç nə yoxdur, layihə də hazırlanmayıb. O vaxtdan bəri kimsə gəlməyib, bizimlə danışmayıb", - sahibkar dedi.

Səbail RİH-dəki mənbə də bazarla bağlı iki ay əvvəl sahibkarlarla görüş faktını təsdiqlədi.
İndisə bazarın sökülməsi və onun yerində ikimərtəbəli ticarət mərkəzinin tikilməsi təklif olunub.
"Layihə hələ hazır deyil. Memarlar işləyirlər", - mənbə dedi.
Bayıl bazarının sökülməsi məsələsi gündəmə gəlibsə, deməli, "20-ci Sahə"də və ümumiyyətlə, Bayıldakı köhnə evlərin sökülməsi, onların yerində müasir binaların tikilməsi planı da var.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR