Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İnstitut direktoru: Cütlüklər nikaha girməzdən öncə xəstəliklə bağlı daha ciddi düşünməlidirlər

İnstitut direktoru: Cütlüklər nikaha girməzdən öncə xəstəliklə bağlı daha ciddi düşünməlidirlər

Date: 9 December 2015 15:58

Bakı. Elmir Murad - Trend:

Azərbaycanda siflis xəstəliyinin aşkarlandığı 183 nəfərin təkrar müayinə olunması üçün onların adları Respublika QİÇS-lə Mübarizə Mərkəzinə və dəri-zöhrəvi xəstəliklərlə məşğul olan mərkəzlərə göndərilib.

Bunu Trend-ə açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, onlar mütləq daha bir müayinədən keçməlidirlər: "İnfeksiyanın olub-olmadığını daha dəqiq bilmək üçün ikinci analizə ehtiyac var. Çünki bir analizlə infeksiyanı müəyyən etmək olmur və ikinci analiz mütləq lazımdır. İlkin araşdırmalarımız zamanı aşkarladığımız xəstələrin əksəriyyəti oğlanlardır. Onların içərisində 4 və ya 5 qadın var. Əslində bu çox böyük rəqəm deyil”.

İnstitutun direktoru sifilis xəstələri ilə yanaşı, bu ilin 6 ayı ərzində nikaha girməzdən öncə 75 000 insanın müayinədən keçdiyini qeyd edib və bildirib ki, onlardan 5034-də talassemiya daşıyıcıları aşkarlanıb.

O, cütlükləri nikaha girməzdən öncə daha ciddi düşünməyə çağırıb: “İki daşıyıcı evlənəndə talassemiyalı uşağın doğulma ehtimalı var. Müayinələr aparmaqda da məqsəd odur ki, daşıyıcıları aşkarlayaraq onlara konsultasiya verək. Bizim işimiz sadəcə tibbi-genetik konsultasiya verməklə onlara evlənməmələrini tövsiyə etməkdir. Amma heç nəyə baxmayaraq evlənirlərsə, hamiləlik dövrünün ilk aylarında qadın yoxlanılır. Bununla da uşağın xəstə, daşıyıcı, ya da sağlam olduğu aydınlaşır. Uşaq xəstədirsə, yenə də onun dünyaya gətirilməsi barədə qərarı cütlüklər özləri verir. Amma yaxşı olar ki, belə uşağların doğulmasının qarşısını alsınlar”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  İnstitut direktoru Cütlüklər nikaha girməzdən öncə xəstəliklə bağlı ciddi düşünməlidirlər

RƏYLƏR


Top news