"Jurnalist hüququndan sui-istifadənin cəzası ağırlaşacaq"

"Jurnalist hüququndan sui-istifadənin cəzası ağırlaşacaq"
16:05 9 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda gələcəkdə jurnalist hüququndan sui-istifadəyə görə daha yüksək cərimələrin tətbiqi məsələsi gündəmə gətirilə bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Feysbuk-dakı səhifəsində yazıb.

O qeyd edib:

"Məlum olduğu kimi, yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 8-də keçirilmiş iclasında müzakirə olunub. Burada diqqət çəkən, media ictimaiyyətini düşündürən məqam kütləvi informasiya vasitəsindən sui-istifadə ilə bağlı nəzərdə tutulmuş cərimələrdir. Yeni Məcəllənin 387-ci maddəsində kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadəyə görə fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər 500 manatdan 700 manata qədər, hüquqi şəxslər isə 2 min manatdan 3 min manata qədər cərimə olunacaq".

Ə.Amaşov yazıb ki, Azərbaycan Mətbuat Şurası ötən müddətdə medianın saflaşması istiqamətində ardıcıl fəaliyyət göstərib: "Mövcud xüsusda jurnalist adından sui-istifadə hallarına qarşı mübarizə ön planda olub. Bu istiqamətdə nəzərəçarpacaq uğurlar var. Ancaq həmişə hesab etmişəm ki, əsaslı hüquqi mexanizmlərin işə salınmasına ehtiyac böyükdür. Nəzərə alaq ki, sözügedən maddənin hazırda qüvvədə olan variantında kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadəyə görə fiziki şəxslər 15 manatdan 25 manatadək, vəzifəli şəxslər 35 manatdan 50 manatadək miqdarda cərimə oluna bilərlər".

Millət vəkili Məcəllədəki yeniliyi cərimə məbləğinin adekvatlığı baxımından yüksək qiymətləndirib: "Hesab edirəm ki, gələcəkdə daha yüksək cərimələrin tətbiqi məsələsini gündəmə gətirmək mümkündür. Çünki jurnalistika spesifik sahədir. Mövcud mühitdə hər hansı spekulyasiya həm cəmiyyətin, həm də dövlətin maraqlarını zədələmək potensialına daha çox malikdir. Təcrübədə dəfələrlə belə halların şahidi olmuşuq. Hətta bəzi maraqlı qrupların lokal vəzifə mənafe və istəklərini gerçəkləşdirmək naminə müxtəlif media orqanlarını himayə etmələrinə, manipulyasiyalara əl atmalarına dair misallar da yetərincədir. Buna görə jurnalistikaya həssas yanaşma tam mənada təmin edilməlidir. Mövcud siyasətin davamlı olması mütləqdir.

Əlbəttə, həqiqi jurnalistlər işlərində məsuliyyətlidirlər, peşələrinə sadiqdirlər və təsəvvürə gələ bilməz ki, onların hansısa fəaliyyəti sui-istifadə predmetinə çevrilə bilər. Cəmiyyət məhz jurnalist adına ləkə gətirənlərin hərəkətlərindən zərər görür. Hər il Mətbuat Şurasına ünvanlanan 500-dən artıq şikayətin böyük əksəriyyətinin motivini peşədən sui-istifadə müstəvisində yaranan narazılıqlar təşkil edir. Düşünürəm ki, İnzibati Xətalar Məcəlləsinin yeni variantında əks olunan müddəalar bu sahədə müsbət irəliləyişlərin əldə olunmasına təkan verəcək. Ümumən niyyət saflığına, mütərəqqiliyə söykənmiş hər bir yenilik xeyrimizədir".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

QHT sədrinin cəzası azaldılıb

28 Aprel 2017 10:37

Şampuna 1 qaşıq şəkər qatın

28 Aprel 2017 10:37

Telman İsmayılov sifarişli qətllərdə ittiham olunur: biznesmenlər, qanuni oğru...

28 Aprel 2017 10:34

General nazirin qardaşı oğlunu Sabirabada rəis göndərdi

28 Aprel 2017 10:33

Azərbaycanın biznes missiyası Dubayda olub

28 Aprel 2017 10:32

Cənubi koreyalı 4 xizəkçi Asiya Oyunları vaxtı pivə içdikləri üçün diskvalifika olunub

28 Aprel 2017 10:32

Kənan İmirzalıoğlunun saqqalı 145 mindir...

28 Aprel 2017 10:32

Raquf Orucovun xanımına vəzifə verildi

28 Aprel 2017 10:29

Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib

28 Aprel 2017 10:27

Putin Abe ilə nəyi müzakirə etdi?

28 Aprel 2017 10:23

Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib

28 Aprel 2017 10:21

Gəncədə maşın 3 piyadanı vurdu

28 Aprel 2017 10:19

Nura Suri od püskürdü: “Paxilliqdan qocalmısınız”

28 Aprel 2017 10:18

Naxçıvanda 40349 şagird tibbi müayinədən keçirilib

28 Aprel 2017 10:17

FİFA referisi “Bakı Marafonu 2017”də iştirak edəcək

28 Aprel 2017 10:17

Boşanmış azərbaycanlı müğənni yenidən evlənir?

28 Aprel 2017 10:17

Azərbaycan Türkiyəyə qaz ixracını kəskin azaltdı

28 Aprel 2017 10:14

Tarixdə bu gün nələr baş verib?

28 Aprel 2017 10:14

Özünü Beynəlxalq Bankın qarşısında yandırmaq istədi

28 Aprel 2017 10:09

Yaponiyada vulkan püskürdü - FOTO

28 Aprel 2017 10:08

Stalinin hələ də gizli saxlanılan donuz damındakı YERALTI SIĞINACAĞI - FOTOLAR

28 Aprel 2017 09:58

ABŞ-ın dövlət katibi: “Rusiyaya səfərim zamanı heç nəyi həll etmədik”

28 Aprel 2017 09:57

Azərbaycan nefti

28 Aprel 2017 09:55

Cəbhədən SON XƏBƏR

28 Aprel 2017 09:53

Sulutəpədə 50 yaşlı kişi intihar edib

28 Aprel 2017 09:52

Atəşkəs 120 dəfə pozulub

28 Aprel 2017 09:49

Tramp Cənubi Koreyadan 1 milyard dollar istədi

28 Aprel 2017 09:48

Fahriye Evcenin keçmiş nişanlısı Burak Özçiviti özündən çıxartdı - FOTOLAR

28 Aprel 2017 09:48

Ermənilər atəşkəs rejimini 120 dəfə pozub

28 Aprel 2017 09:47

Cəbhədən xəbər var

28 Aprel 2017 09:44

Azərbaycan nefti ucuzlaşıb

28 Aprel 2017 09:42

Musiqili Teatrın may ayı üçün repertuarı açıqlanıb

28 Aprel 2017 09:42

II Nikolayın Türkiyədəki malikanəsi otel oldu – FOTOLAR

28 Aprel 2017 09:38

Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun bir hissəsi yenidən salınır

28 Aprel 2017 09:37

Ucarda 50 yaşlı kişi özünü qatarın altına atıb

28 Aprel 2017 09:32

Aprel döyüşlərində şəhid olan polkovnikin həyat yoldaşına

28 Aprel 2017 09:32

Neft bahalaşdı

28 Aprel 2017 09:29

VALYUTA MƏZƏNNƏLƏRİ

28 Aprel 2017 09:28

Elmar Məmmədyarov: "Qarşıdakı danışıqlarda hər şey Ermənistan rəhbərliyinin siyasi iradəsindən asılı olacaq"

28 Aprel 2017 09:27

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.04.2017)

28 Aprel 2017 09:27

Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

28 Aprel 2017 09:27

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (28.04.2017)

28 Aprel 2017 09:27

Külək beşmərtəbəli binanın damını uçurdu - XAÇMAZDA

28 Aprel 2017 09:18

Dollar sabit qaldı

28 Aprel 2017 09:15

Neft bahalaşdı

28 Aprel 2017 09:13

Azərbaycanın xarici işlər naziri Moskvada səfərdədir

28 Aprel 2017 09:12

Tanınmış müğənniyə ağır itki

28 Aprel 2017 09:02

Goranboyda mənzildən qızıl-zinət əşyaları oğurlanıb

28 Aprel 2017 08:57

Abşeronda maşın, Sabunçuda ev yandı

28 Aprel 2017 08:54

Trampdan “böyük münaqişə” siqnalı

28 Aprel 2017 08:53