Daxili Qoşunlar qadınları hərbi xidmətə qəbul edir

Daxili Qoşunlar qadınları hərbi xidmətə qəbul edir
16:08 9 Dekabr 2015
79 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi Azərbaycan Respublikasının qadın vətəndaşlarını könüllülük əsasında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edir. Bu barədə Trend-ə DQ-dən məlumat verilib.

Xidmətə qəbulun şərtləri:

– hərbi xidmətə yararlı, fiziki hazırlıqlı, idman cüssəli;
– boy ölçüsü 170 sm-dən yuxarı;
– yaşı 19-dan aşağı və 25-dən yuxarı olmayan;
– ən azı orta təhsilli.

Hərbi xidmətin xüsusiyyətləri:

– xidmətə qəbul olunarkən əvvəlcə 3 illik müqavilə bağlanılır, xidmət müddəti başa çatdıqdan sonra müqavilənin müddəti dayandırıla və ya uzadıla bilər.

Hərbi xidmətə qəbul olunmaq istəyənlər həftənin I-III-V günləri saat 15:00-dan 17:30-dək, II, IV, VI günləri saat 09:00-dan 12:30-dək Daxili Qoşunların Baş İdarəsinin kadrlar şöbəsinə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4.
Əlaqə telefonu: (012) 560 - 27 - 00

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2467450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR