Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Roje De: “Azərbaycan Hava Yolları” ilə əlaqələrimiz çox yüksək səviyyədə davam edir

Roje De: “Azərbaycan Hava Yolları” ilə əlaqələrimiz çox yüksək səviyyədə davam edir

Date: 9 December 2015 16:08


Bakı, 9 dekabr, AZƏRTAC
“Azərbaycan Hava Yolları” ilə əlaqələrimiz, o cümlədən hava nəqliyyatını təhlükəsiz idarə etmə sahəsində olan əməkdaşlığımız çox yüksək səviyyədə davam edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Fransanın “Thales Eurasia” şirkətinin vitse-prezidenti Roje De bildirib.
“Azərbaycan Hava Yolları” QSC ilə təmsil etdiyi şırkət arasında əlaqələrinin 20 ildən artıq mövcud olduğunu söyləyən Roje De bildirib ki, “TALES” şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunda açılan yeni hava hərəkətinin idarəedilməsi qülləsini radarlarla təmin edib.
“Azərbaycan həm “THALES” şirkəti, həm də Fransa üçün əməkdaşlıq apardığımız çox vacib ölkələrdən biridir. Hesab edirəm ki, bu nəzarət dispetçer gülləsindən aeroporta olan görünüş çox yaxşıdır. Hər iki terminala çox yaxşı mənzərə açılır. Biz bu qüllənin yuxarısına yerləşdirilmiş radarın səsini eşidərkən qürur hissi keçirdik. Bu radarın məqsədi təhlükəsizlik tədbirlərini həyata keçirməkdir”, - deyən şirkət təmsilçisi bildirib ki, “Thales Eurasia” şirkətinin əhatə dairəsinə Türkiyədən Rusiyayadək olan ölkələr, o cümlədən Azərbaycan daxildir. “Sizin ölkəniz mənim əhatə dairəmdədir və mən bu bölgədə çox səfərdə oluram. Son 6 ayda Azərbaycana artıq 4-cı dəfədir ki, gəlirəm”, - deyə Roje De bildirib.

Tags:  Roje De Azərbaycan Hava Yolları əlaqələrimiz çox yüksək səviyyədə davam edir


RƏYLƏR


Top news