Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan idmançısı pauerliftinq üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb

Azərbaycan idmançısı pauerliftinq üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb

Date: 9 December 2015 16:13


Bakı, 9 dekabr, AZƏRTAC
Çexiyanın paytaxtı Praqada pauerliftinq üzrə dünya kuboku yarışları keçirilir.
Azərbaycan Pauerliftinq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirdə ölkəmizi dəfələrlə dünya və Avropa çempionu olmuş Bəxtiyar Quliyev təmsil edib.
Turnirdə 110 kiloqram çəki dərəsində çıxış edən idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bəxtiyar Quliyev 366 kiloqram nəticə ilə dünya rekordunu yeniləyib və mütləq qələbə qazanıb.
Dünya kuboku yarışlarına dekabrın 10-da yekun vurulacaq.
 

Tags:  Azərbaycan idmançısı pauerliftinq üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb



RƏYLƏR


Top news