Evlənmək istəyən 5034 nəfərdə talassemiya daşıyıcıları aşkarlanıb

Evlənmək istəyən 5034 nəfərdə talassemiya daşıyıcıları aşkarlanıb
16:17 9 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda siflis xəstəliyinin aşkarlandığı 183 nəfərin təkrar müayinə olunması üçün onların adları Respublika QİÇS-lə Mübarizə Mərkəzinə və dəri-zöhrəvi xəstəliklərlə məşğul olan mərkəzlərə göndərilib.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, onlar mütləq daha bir müayinədən keçməlidirlər:

"İnfeksiyanın olub-olmadığını daha dəqiq bilmək üçün ikinci analizə ehtiyac var. Çünki bir analizlə infeksiyanı müəyyən etmək olmur və ikinci analiz mütləq lazımdır. İlkin araşdırmalarımız zamanı aşkarladığımız xəstələrin əksəriyyəti oğlanlardır. Onların içərisində 4 və ya 5 qadın var. Əslində, bu çox böyük rəqəm deyil".

İnstitutun direktoru sifilis xəstələri ilə yanaşı, bu ilin 6 ayı ərzində nikaha girməzdən öncə 75 000 insanın müayinədən keçdiyini qeyd edib və bildirib ki, onlardan 5034-də talassemiya daşıyıcıları aşkarlanıb.

O, cütlükləri nikaha girməzdən öncə daha ciddi düşünməyə çağırıb: "İki daşıyıcı evlənəndə talassemiyalı uşağın doğulma ehtimalı var. Müayinələr aparmaqda da məqsəd odur ki, daşıyıcıları aşkarlayaraq onlara konsultasiya verək. Bizim işimiz, sadəcə, tibbi-genetik konsultasiya verməklə onlara evlənməmələrini tövsiyə etməkdir. Amma heç nəyə baxmayaraq evlənirlərsə, hamiləlik dövrünün ilk aylarında qadın yoxlanılır. Bununla da uşağın xəstə, daşıyıcı, ya da sağlam olduğu aydınlaşır. Uşaq xəstədirsə, yenə də onun dünyaya gətirilməsi barədə qərarı cütlüklər özləri verir. Amma yaxşı olar ki, belə uşağların doğulmasının qarşısını alsınlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR