Dövlət Miqrasiya Xidmətinin Ağdaşda təşkil etdiyi səyyar xidmətin imkanlarından 82 nəfər yararlanıb

Dövlət Miqrasiya Xidmətinin Ağdaşda təşkil etdiyi səyyar xidmətin imkanlarından 82 nəfər yararlanıb
16:18 9 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) Yevlax regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Ağdaş rayonunda səyyar xidmət təşkil edib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, həmin gün, həmçinin vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı əcnəbi və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, işəgötürənlər, sahibkarların nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri də keçirilib.
Tədbir “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyət ilə sıx əlaqələrin qurulması və ictimai iştirakçılığın genişləndirilməsi ilə bağlı prinsiplərə uyğun həyata keçirilib.
İştirakçılara ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, qaçqın statusunun müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı gördüyü işlər barədə geniş məlumat verilib. Bildirilib ki, informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlar sayəsində DMX tərəfindən 11 xidmət növü üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri artıq həm də elektron qaydada qəbul edilir.
Ölkəmizdə qanunsuz yaşayan əcnəbilərin Dövlət Miqrasiya Xidməti tərəfindən aşkarlanması, onların qanunvericiliyin tələblərinə uyğun olaraq respublika ərazisində olma və yaşamalarının leqallaşdırılması üçün ardıcıl tədbirləri davam etdirdiyi və bu tədbirlərin səmərəli nəticələri konkret faktlarla diqqətə çatdırılıb. Xidmətin məsul əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavblandırılıb.
Sonra səyyar xidmət keçirilib. Səyyar xidmətin imkanlarından müraciət edən 82 şəxs istifadə edib. Onlardan 41 nəfərindən Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, əcnəbi və ya vətəndaşlığı olmayan 7 nəfərdən müvəqqəti, 3 şəxsdən daimi yaşama icazəsinin verilməsi ilə bağlı sənədlər qəbul edilib. Həmçinin 16 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 2 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa, 13 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.
Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Miqrasiya_Xidmetinin_Agdasda_teskil_etdiyi_seyyar_xidmetin_imkanlarindan_82_nefer_yararlanib-909675

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR