Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

5 yaşlı uşaq ailəsinə dəhşət yaşatdı - yuxudan ayıldı və...

5 yaşlı uşaq ailəsinə dəhşət yaşatdı - yuxudan ayıldı və...

Date: 9 December 2015 16:22

Mingəçevir şəhəri, Şah İsmayıl Xətai küçəsi, mənzil 23, ev 46 üvanında yaşayan, 2010-cu il təvəllüdlü Murad Elzibar oğlu Alıyev yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanından yerə yıxılıb.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, anası Muradı yatmış vəziyyətdə tək qoyub və evi tərk edib. Bu zaman uşaq yuxudan oyanıb və eyvana çıxıb. 

Bu zaman o, özünü saxlaya bilməyib və yerə düşüb. Murad Alıyev qapalı kəllə-beyin travması ilə təcili yardım maşını vasitəsi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Pediatriya Şöbəsinin reanimasiya bölməsinə yerləşdirilib.

Hazırda uşağın vəziyyətinin stabil olduğu bildirilir. 

Milli.Az


Tags:  yaşlı uşaq ailəsinə dəhşət yaşatdı yuxudan ayıldı

RƏYLƏR


Top news