SOCAR: hazırda 5 gəmi yanğının söndürülməsi istiqamətində işləri davam etdirir

SOCAR: hazırda 5 gəmi yanğının söndürülməsi istiqamətində işləri davam etdirir
16:23 9 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, Nihad Budaqov, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin, o cümlədən də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “AZAL” QSC-dən sifariş olunan helikopterlər itkin düşmüş işçilərin axtarışını davam etdirir. Təəssüflər olsun ki, nə “Neft daşları”, nə də “Günəşli” sahəsində itkin düşmüş işçilərin axtarışı ilə bağlı hər hansı yenilik yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 9-da saat 16-da keçirilən mətbuat konfransında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.
Onun sözlərinə görə, hazırda 5 gəmi yanğının söndürülməsi istiqamətində işləri davam etdirir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_hazirda_5_gemi_yanginin_sondurulmesi_istiqametinde_isleri_davam_etdirir-909680

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR