Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fövqəladə Hallar Nazirliyi dənizdə itkin düşənlərin axtarışını davam etdirir

Fövqəladə Hallar Nazirliyi dənizdə itkin düşənlərin axtarışını davam etdirir

Date: 9 December 2015 16:28


Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dənizdə itkin düşən işçilərin axtarışları davam etdirilir. Hava şəraitinin mürəkkəb və təhlükəli olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyi dekabrın 9-da da dənizdə itkin düşənlərin axtarışını dayandırmayıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hazırda nazirliyin bir helikopteri şimal, şimal-şərq, digər helikopteri isə cənub istiqamətində axtarış işləri aparır. Qurumun Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri isə sahilboyu zonada axtarış işlərini davam etdirir.
 

Tags:  Fövqəladə Hallar Nazirliyi dənizdə itkin düşənlərin axtarışını davam etdirir


RƏYLƏR


Top news