Milli Məclisin komitə rəhbərlərinə icazə verilmədi

Milli Məclisin komitə rəhbərlərinə icazə verilmədi
16:32 9 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Daxili Nizamnamnaməsinə nəzərdə tutulan dəyişikliklər qəbul edilməyəcək.

Qeyd edək ki, həmin dəyişikliklərdə parlamentin komitə sədrlərinə də vitse-spikerlər kimi növbədənkənar çıxış verilməsi ehtiva olunurdu.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin ötən gün keçirilən iclasında bu məsələ müzakirəyə çıxarılmışdı.

Qeyd edək ki, hazırkı nizamnaməyə əsasən, Azərbaycan prezidenti, Milli Məclisin sədri və onun müavinləri  parlamentin iclaslarında növbədənkənar çıxış etmək hüququna malikdirlər.

Modern.az saytı məsələ ilə bağlı yeni məlumatlar əldə edib. Məlumata görə, Milli Məclisin Daxili Nizamnaməsində nəzərdə tutulan dəyişikliklərlə bağlı sənəd geri qaytarılıb.

Sənədin geri qaytarılması Milli Məclisin plenar iclaslarında deputatların çıxışına vaxt qalmayacağı ilə əlaqələndirilib.

Xatırladaq ki, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da bu sənədə etiraz edib. O deyib ki, bu, deputatların üç dəqiqəlik çıxışını əngəlləmək üçün düşünülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR