Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daxili Qoşunların Baş İdarəsi qadınların hərbi xidmətə qəbulunu elan edir

Daxili Qoşunların Baş İdarəsi qadınların hərbi xidmətə qəbulunu elan edir

Date: 9 December 2015 16:33


Bakı, 9 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi Azərbaycan Respublikasının qadın vətəndaşlarını könüllülük əsasında müddətdən artıq həqiqi hərbi xidmətə qəbulunu elan edir.
Xidmətə qəbulun şərtlərinə əsasən, namizədlər hərbi xidmətə yararlı, fiziki hazırlıqlı, idman cüssəli, boyu 170 santimetrdən yuxarı, 19-25 yaşlarında, ən azı orta təhsilli olmalıdırlar.
Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xidmətə qəbul olunan şəxslərlə üç illik müqavilə bağlanacaq. Xidmət müddəti başa çatdıqdan sonra müqavilənin müddəti dayandırıla və ya uzadıla bilər.
Hərbi xidmətə qəbul olunmaq istəyənlər həftənin I, III və V günləri saat 15:00-dan 17:30-dək, II, IV, VI günləri isə saat 9:00-dan 12:30-dək qoşunların Baş İdarəsinin kadrlar şöbəsinə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4. Əlaqə telefonu: (012) 560-27-00.

Tags:  Daxili Qoşunların Baş İdarəsi qadınların hərbi xidmətə qəbulunu elan edir


RƏYLƏR


Top news