Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ev robotlarına tələbat artır

Ev robotlarına tələbat artır

Date: 9 December 2015 16:36

Yaponiyada istehsal olunan, emosiyaları ifadə edən və müxtəlif məişət işlərini yerinə yetirən insanabənzər “Pepper” robotuna tələbat yüksəkdir.
 
Bildirilir ki, hər ay satışa 1000 robot çıxarılır. Tələbatın yüksək olması ilə əlaqədar “Pepper”i yalnız əvvəlcədən sifariş verməklə almaq mümkündür.
 
Artıq yarım ildir hər ay satışa çıxarılan 1000 ədəd robot 1 dəqiqəyə satılır.
 
Dekabrda robotun yaradıcısı - Yaponiyanın “SoftBank” mobil rabitə operatoru satış üçün nəzərdə tutulan robotların sayını 1300 ədədədək artırmaq qərarına gəlib.
 
“SoftBank” nümayəndələrinin sözlərinə görə, “Pepper” dayə, xəstə baxıcısı və ya adi həmsöhbət funksiyasını yerinə yetirir, eləcə də onu təlimatlandırmaq mümkündür. O, duyğuları ifadə etməklə yanaşı, insanın emosional vəziyyətini qiymətləndirə bilir.
 
“Pepper”in xüsusiyyətlərini şərh edən şirkət rəhbəri Masayoşi San deyib ki, bəşəriyyət tarixində biz ilk dəfə “ürəyi” olan və emosiyaları ifadə edən robot yaratmağa nail olmuşuq.
 
“Pepper” yeni bacarıqları “bulud” texnologiyaları vasitəsilə öyrədəcək. Belə ki, yeni məlumat alan robot onu serverə yükləyərək digər robotlara ötürəcək.
 
Xatırladaq ki, Yaponiyada əhalinin qocalması problemi mövcuddur və daha təkmil robotların hazırlanması işçi qüvvəsi çatışmazlığı probleminin qismən aradan qaldırılması məqsədi daşıyır, - “RİA Novosti”  yazır. 


Tags:  robotlarına tələbat artır


RƏYLƏR


Top news