Bu gün Azərbaycan qonaqlarını heyrətləndirmək iqtidarındadır

Bu gün Azərbaycan qonaqlarını heyrətləndirmək iqtidarındadır
16:48 9 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 9 dekabr, AZƏRTAC 
Son hadisələr rusiyalıları adət etdikləri kurortlardan əl çəkməyə məcbur edib və turistlər tez-tez özlərinə yeni istiqamətlər seçirlər. Rusiyadan olan dincələnlər ilk növbədə qonşu MDB ölkələrinə diqqət yetirirlər və bu ölkələr arasında şəksiz lider Azərbaycandır.
Qədim abidələr, gözəl təbiət, maraqlı marşrutların bolluğu, milli mətbəx, Avropa xidməti ilə Şərq koloritinin vəhdəti, dil əngəlinin olmaması, qısamüddətli uçuş və əlbəttə, məşhur Qafqaz qonaqpərvərliyi. Bax rusiyalıları günəşli Azərbaycana cəlb edən bunlardır. “Bizim dünya” layihəsinin rəhbəri, dünya ətrafında avtomobil ekspedisiyasının (Rusiya) üzvü Aleksey Kamerzanov deyir: “Burada qonaq, yəqin ki, ən əziz adamdır. Azərbaycan çox parlaq və maraqlı xatirələrlə yadda qaldı”. Planetimizin çox guşələrində olmuş bu səyyahın Xəzərin sahilində yerləşən respublikanı müqayisə etmək imkanları genişdir və buna baxmayaraq, o, məhz Bakını ən təmiz, müasir və gözəl şəhər adlandırıb.
Rusiya-Azərbaycan Dostluq Mərkəzindən (RADM) bildiriblər ki, bu gün Rusiyanın turizm firmaları Azərbaycan istiqamətinin inkişafına maraq göstərirlər. Omskın “Avrasiya-Tur” firmasının nümayəndəsi Larisa Savostyanova Azərbaycanı Birləşmiş Ərəb Əmirlikləri ilə müqayisə edərək bildirir ki, bu gün Azərbaycan qonaqlarını heyrətləndirmək iqtidarındadır.
Məşhur “National Geographic Traveler” jurnalının keçirdiyi sorğuya əsasən tərtib olunan reytinq Azərbaycanın hamı tərəfindən tanınan kurort ölkələrindən birinciliyi yaxın vaxtlarda ələ keçirmək iqtidarında olduğunu təsdiq edir. Həmin reytinqə görə, Azərbaycan “Çimərlik istirahəti” nominasiyasında dördüncü yeri tutub, “Qastronomik turizm” istiqamətində ilk üç yeri tutan ölkələrdən biri olub və “İlin kəşfi” nominasiyasında birinci yerə layiq görülüb.
Amma turizmin inkişafı istiqamətində görüləsi işlər hələ çoxdur. “Olimpiya Rayzen Sibir” şirkətinin rəhbəri və Novosibirskin Beynəlxalq Əlaqələrin İnkişafı Komitəsinin Turizm Təşkilatları Assosiasiyasının sədri Viktor Dan RADM-nin direktoru Natalya Krasovskaya ilə söhbətində informasiya fəaliyyətinin zəruri olması mövzusuna toxunub: “Tələb təklif doğurur, amma tələbi formalaşdırmaq, inkişaf etdirmək lazımdır. Turları satmaq üçün insanları hara göndərdiyini bilməlisən. Yeni fəaliyyət sahəsini mənimsəmək üçün ölkə ilə tanış olmaq gərəkdir”.
Rusiyalıların bugünkü Azərbaycanla bağlı yetərincə məlumatlı olmaması probleminin mövcudluğundan danışan Natalya Krasovskaya deyib: “Bu vakuumu doldurmaq təşkilatımızın prioritetlərindən biridir. Azərbaycan yaxın qonşumuzdur, yaxşı dostdur və mən əminəm ki, ölkələrimiz arasında turizm mübadiləsinin inkişafı bu dostluğun möhkəmlənməsinə xidmət edəcək”.
Ekspert əhalinin məlumatlandırılmasının turizmin inkişafı üçün müsbət stimul olmasının təsdiqi kimi Avropa Oyunlarını misal çəkib. Oyunlar işıqlandırılmadan sonra rusiyalılar öyrəndilər ki, bugünkü Bakı inkişaf etmiş infrastruktura malik müasir şəhərdir. Bu, çoxlarını Azərbaycan paytaxtına gəlməyə sövq etdi.
V.Dan hesab edir ki, Azərbaycanın profil nazirliyinin turizm operatorları üçün forum təşkil etməsi daha düzgün olardı. Bu, Azərbaycan tərəfi ilə müvafiq saziş imzalamağa imkanı verərdi. Onun fikrincə, media-tur lazımdır. Bu istiqamətdə artıq ilk addımlar atılıb. Doğrudur, hələlik regional səviyyədə: Sverdlovsk vilayətində tanışlıq turları haqında xüsusi saziş imzalanıb.
İndi qarşıda irihəcmli kompleks iş gözləyir. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycanın Rusiyanın aparıcı turizm operatorları ilə əməkdaşlığa hazır olduğunu bəyan edərək deyib: “Azərbaycan Turizm Assosiasiyası “AZAL” aviaşirkəti ilə bir sıra işlər görüb, otellərlə danışıqlar aparılıb, yeni paketlər təsdiq edilib. Biz hesab edirik ki, rusiyalı turistlərin Azərbaycana axını ildən-ilə çoxalacaq”.
Rusiya-Azərbaycan parlametlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev hesab edir ki, yaxın iki ildə rusiyalı turistlərin Azərbaycana, Azərbaycandan olan turistlərin Rusiyaya axını artacaq. Deputat deyib: “Bir neçə ildir ki, Azərbaycandan olan turistlərin Rusiyaya axını qeydə alınıb. Qonaqlar istirahət etmək üçün adətən Krasnodar diyarına, Dağıstana üz tuturlar. Hesab edirəm ki, gələcəkdə Azərbaycandan olan turistlərin axını daha böyük vüsət alacaq ki, bu da həm bütövlükdə turizm sahəsinə, həm büdcəyə, həm də xalqlarımızın qarşılıqlı münasibətlərinə müsbət təsir göstərəcək”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Məşhur telekanal bağlanır - Tarix də AÇIQLANDI

27 İyun 2017 14:52

“Google” 2,4 mlrd. avro məbləğində cərimələnib

27 İyun 2017 14:47

İsrail 3 nöqtəni bombaladı - Gərginlik artır

27 İyun 2017 14:42

AŞPA-nın sədrini istefaya göndərə biləcək yeni reqlament qəbul edilib

27 İyun 2017 14:37

Nigeriyaya eyni anda 7 hücum: Ölənlər var

27 İyun 2017 14:37

Prezidentlər qarşılıqlı olaraq hədiyyələr təqdim etdilər

27 İyun 2017 14:35

Azərbaycan və Polşa Prezidentlərinin geniş tərkibdə görüşü

27 İyun 2017 14:34

Türkiyənin 72 yaşlı ulduzu ağzını yuma bilmir - FOTO

27 İyun 2017 14:33

Hazırlanmasına 17 il sərf olunan ilk Azərbaycan-Çin dili lüğəti təqdim edilib

27 İyun 2017 14:27

"Mənə iyrənc təkliflər edirlər" - Rəqqasə Oksana - VİDEO - FOTO

27 İyun 2017 14:27

CNN-in 3 jurnalisti istefa verdi - XƏBƏR SİLİNDİ DEYƏ

27 İyun 2017 14:23

ABŞ-ı fəth edən Üzeyir: "Heç inanmırdım ki, ABŞ-da məşhurlaşa bilərəm" - VİDEO

27 İyun 2017 14:22

AŞPA-da "əcinnə ovu": Aqramunt vəzifədən gedə bilər

27 İyun 2017 14:19

Çempionlar Liqasında yeni mövsüm başlayır

27 İyun 2017 14:17

Ramiz Əzizbəyli: "Afaq Bəşirqızı qələt edir..."

27 İyun 2017 14:16

Məsut Özil məşhur modellə eşq yaşayır – Həftəsi 1.2 milyona... - FOTOLAR

27 İyun 2017 14:13

Srebrenitsadakı soyqırımda Hollandiya hərbçilərinin iştirakı rəsmən təsdiqlənib

27 İyun 2017 14:12

Azərbaycanda daha bir faciə: Əməliyyat masasında öldü

27 İyun 2017 14:12

"Qarabağ"ın məşqi

27 İyun 2017 14:10

Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri ilə görüşüb

27 İyun 2017 14:07

30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"

27 İyun 2017 13:58

Məşuqəsinə hicab geydirib arvadı kimi təqdim etdi: Ağılasığımaz XƏYANƏT - FOTO

27 İyun 2017 13:57

Xalq artisti Qəndab Quliyeva dəfn olunub

27 İyun 2017 13:57

Tanınmış KVN-çi hərbi xidmətdə...

27 İyun 2017 13:54

Boliviya prezidenti: Dünyada narkotrafikin artmasında günahkar ABŞ-dır

27 İyun 2017 13:50

Əmziklə bəslənən balıqlar - VİDEO

27 İyun 2017 13:48

Ağcabədi sakini əməliyyat masasında ölüb

27 İyun 2017 13:42

"Onu gənc qızla zina edərkən tutdum" - FOTO

27 İyun 2017 13:42

Qadının telefonunu əlindən alan keçmiş məhkum tutuldu

27 İyun 2017 13:39

17 yaşlı gəncin göldə son çırpınışları - Dostları zarafat etdiyini düşündülər... - VİDEO (+18)

27 İyun 2017 13:38

Mənzillərdən oğurluq edən şəxslər ələ keçdi

27 İyun 2017 13:37

Türkiyənin tanınmış iş adamı qəzaya düşüb

27 İyun 2017 13:37

Argentinalı fanat: "Bakı möhtəşəmdir" - FOTO

27 İyun 2017 13:37

Uşaqlara meyl edən ailəli qadın ehtirasının qurbanı oldu - FOTO

27 İyun 2017 13:32

Yaşar Cəlilov rəqibləri haqda danışdı

27 İyun 2017 13:32

Arda Turan üçün 65 milyon avro

27 İyun 2017 13:27

“Azərişıq” Bakının bir hissəsində elektrik enerjisinin kəsilməsinin səbəbini açıqlayıb

27 İyun 2017 13:22

Bakının yarısı işıqsız qaldı

27 İyun 2017 13:22

Hansı hərbi hissəyə düşdüyünüzü BU YOLLA ÖYRƏNİN...

27 İyun 2017 13:20

Sabirabadda BƏDBƏXT HADİSƏ: Ölən var

27 İyun 2017 13:17

Paytaxtda 32 eldar şamı və sərv cinsli ağacların kəsilməsi ilə bağlı polisə müraciət olundu

27 İyun 2017 13:15

“Azərsu” maye xlor alacaq

27 İyun 2017 13:12

Tramp Hindistanın baş naziri ilə görüşdü

27 İyun 2017 13:10

ETSN Bakıda 32 qanunsuz ağac kəsilmə faktı aşkarladı

27 İyun 2017 13:09

Azərbaycanda axtarışda olan şəxslər tutuldu

27 İyun 2017 13:05

Moskvada erməni iş adamı güllələndi

27 İyun 2017 13:05

Sabah hava necə olacaq?

27 İyun 2017 13:03

Nazirlik Bakıda ağacların qanunsuz kəsilməsi faktını aşkarlayıb

27 İyun 2017 13:02

Nazirlik ağır qəzalarla bağlı məlumat yaydı

27 İyun 2017 12:59

Səmra Rəhimli stilistlə sevgilidir?

27 İyun 2017 12:59