Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Yanğın söndürüldükdən sonra neft hasilatı bərpa olunacaq"- SOCAR

"Yanğın söndürüldükdən sonra neft hasilatı bərpa olunacaq"- SOCAR

Date: 9 December 2015 16:49

SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın səbəbindən həmin özüldə hasilat müvəqqəti olaraq dayandırılıb.

 

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

 

Baş mühəndis qeyd edib ki, hasilatın dayandırılması neft quyusunda yanğının söndürülməsi ilə əlaqədardır. "Həmin platformada həm giriş, həm çıxış tamamilə tədric olunduğuna görə, hal-hazırda 10-cu özüldə heç bir hasilatdan söhbət gedə bilməz. Neft hasilatı bütün tədbirlər başa çatandan sonra bərpa olunacaq", - deyə B. Ağarəhimov bildirib.


Tags:  Yanğın söndürüldükdən sonra neft hasilatı bərpa olunacaq- SOCAR


RƏYLƏR


Top news