Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bayraq Meydanı Kompleksi İdarəsinin sabiq rəisinin həbs müddəti uzadıldı

Bayraq Meydanı Kompleksi İdarəsinin sabiq rəisinin həbs müddəti uzadıldı

Date: 9 December 2015 16:52

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun və onunla birlikdə həbs edilən - İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədovun barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə onların hər birinin həbs müddəti 3 ay artırılıb.
 
Qeyd edək ki, adı çəkilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.

Milli.Az


Tags:  Bayraq Meydanı Kompleksi İdarəsinin sabiq rəisinin həbs müddəti uzadıldı


RƏYLƏR


Top news