Daha 2 kəndə qaz verildi

Daha 2 kəndə qaz verildi
16:53 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 9-da Ağcabədi və Şəki rayonlarının daha 2 kəndinə təbii qaz verilib.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağcabədi rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 138 abonenti olan Böyük Kəhrizli kəndinə təbii qaz verilişinin bərpa edilməsi zamanı birpilləli sistem əsasında 9356 metrlik müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Şəki rayonunun 200 abonentlik Dərəcənnət kəndi də yenidən qazlaşdırılıb. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, qazlaşdırılma işlərində 17,2 kilometrdən artıq polietilen və metal borulardan istifadə edilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Tədbirlərdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2467505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR