Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vahid Ələkbərov: "Gələn il neftin bir bareli 42-47 dollar olacaq"

Vahid Ələkbərov: "Gələn il neftin bir bareli 42-47 dollar olacaq"

Date: 9 December 2015 16:57

Bakı. 9 dekabr. REPORT.AZ/ "Gələn il neftin bir barelinin qiyməti 42-47 dollar səviyyəsində olacaq".
"Report" Bolqarıstanın "Trud" qəzetinə istinadən xəbər verir ki, bunu "LUKOYL" şirkətinin prezidenti Vahid Ələkbərov müsahibəsində deyib.
V.Ələkbərovun sözlərinə görə, OPEK-in Vyanada keçirilən sonuncu toplantısında iştirak edən İran və İraqın neft nazirləri, müxtəlif təhlilçilər gələn il neftin bir barelinin qiymətinin indiki səviyyədə qalacağını bildiriblər: "Başqa sözlə biz qiymətin 42-47 dollar səviyyəsindən danışırıq. 2016-cı ilin sonu, 2017-ci ilin əvvəlindən neft bahalaşmağa başlayacaq. Bizim hesablamamıza əsasən, həmin dövrdə neftin bir bareli 60 dollar ətrafında dəyişəcək".
O qeyd edib ki, insanlar yeni alternativ energetika mənbələri axtarır: "Ancaq yaxın 40-50 ildə neft, təbii qaz və daş kömür ənənəvi enerji mənbəyi olaraq, qalacaq".
"LUKOYL"-un rəhbəri Bolqarıstandan keçəməsi planlaşdırılmış təbii qaz kəmərinin və bu ölkədə həyata keçirilməsi nəzərədə tutulan layihələrin reallaşmamasına təəssüfləndiyini də bildirib: "Burqas-Aleksandrupolis neft kəmər layihəsi isə artıq aktual deyil". 

Tags:  Vahid Ələkbərov Gələn il neftin bareli 42-47 dollar olacaq

RƏYLƏR


Top news