Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan gömrüyü İrandakı "donuz qripi"nə görə gücləndirilmiş rejimə keçdi

Date: 9 December 2015 16:58

Bakı. Azad Həsənli - Trend:

Dövlət Gömrük Komitəsi (DGK) İranda "donuz qripi"nin aşkarlanması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Komitədən Trend-ə deyiblər ki, hazırda "donuz qripi"nə yoluxmuş insanların sərhədi keçməsi halları qeydə alınmayıb.

DGK-dan bildiriblər: "Nəzarət buraxılış məntəqələrində termovizorlar (temperaturun dəyişməsinə müntəzəm nəzarət tələb edilən sahələrdə tətbiq olunur. Məsələn, epidemiyaların qarşısını almaq üçün gömrük və aeroportlarda nəzarət zonasında istifadə edilir) quraşdırılıb. Bundan başqa, nəzarət buraxılış məntəqələrində öz həkimlərimiz var və Səhiyyə Nazirliyi ilə mütəmadi informasiya mübadiləsi aparırıq. Hər hansı təhlükə aşkar edilərsə, nazirliyi dərhal məlumatlandıracağıq".

Qeyd edək ki, İranda "donuz qripi"ndən 33 nəfər ölüb, təqribən 600 nəfər xəstəxanaya yerləşdirilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycan gömrüyü İrandakı donuz qripinə gücləndirilmiş rejimə keçdi

RƏYLƏR


Top news