Məşhur aktrisa ölüm ayağında olan anasına baxmır (FOTO)

Məşhur aktrisa ölüm ayağında olan anasına baxmır (FOTO)
17:01 9 Dekabr 2015
119 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur aktrisa Cenifer Eniston ölüm ayağında olan anasına kömək etmir.

ANS PRESS-in məlumatına görə, Cenifer Eniston 79 yaşlı anası Nensi Dou ilə uzun müddətdir ki, danışmırlar.

Aktrisanın anasının arzusu qızı ilə görüşməkdir. Lakin Cenifer anası ilə bütün əlaqələrini kəsib. Aktrisa artıq 10 ildir ki, anasının üzünü görmür.

Münasibətlərin korlanmasının səbəbi isə 1999-ci ildəki Dounun “Ana, qız, rəfiqələr, xatirələr” adlı kitabı olub. Ceniferin sözlərinə görə, o, qızının məşhurluğundan istifadə edərək kitabda aktrisa barədə çox ətraflı yazıb.

Həmçinin Dou övladlarını günahkar tutaraq artistlik potensialını reallaşdıra bilmədiyini bildirib.


Nensi Dou - Cenifer Enistonun anası

O vaxtdan Cenifer Eniston anası ilə bütün əlaqələrini kəsib. Hətta o, anasını 2000-ci ildə aktyor Bred Pitt ilə toyuna çağırmayıb. Aktrisa Bred ilə ayrıldıqdan sonra anası ilə barışıblar. Lakin sonradan yenə münasibətləri pozulub. O vaxtdan aktrisa anasına baş çəkmir.


Cenifer Eniston və Bred Pitt

Amerikalı aktrisa film rejissoru, prodüsser və biznes ledidir. Ona ilk şöhrəti "Dostlar" (1994–2004) serialında oynadığı Reyçel Qrin rolu gətirib və bu rolu sayəsində o, "Emmi", "Qızıl Qlobus" mükafatlarını qazanıb.


"Dostlar" serialı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR