Belarus paytaxtında MDB Daimi Nümayəndələr Şurasının iclası keçiriləcək

Belarus paytaxtında MDB Daimi Nümayəndələr Şurasının iclası keçiriləcək
17:08 9 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Minsk, 9 dekabr, AZƏRTAC
Dekabrın 15-də Belarus paytaxtında, Birlik ölkələrinin MDB-nin nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki İcraiyyə Komitəsinin Təşkilat Departamentində məlumat verilib.
Şuranın növbəti iclasında aşağıdakı məsələlərə baxılması nəzərdə tutulur: Daimi Nümayəndələr Şurasının cari ildəki fəaliyyətinin yekunları və gələn il üçün onun iş planı haqqında; cari ildə Qazaxıstanın Birlikdə sədrliyi haqqında; 2016-cı ildə Qırğızıstanın MDB-də sədrliyi konsepsiyası və bu konsepsiyanın həyata keçirilməsinə dair tədbirlər planı haqqında; MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının gündəliyinin layihəsinə dair təkliflər haqqında və s.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belarus_paytaxtinda_MDB_Daimi_Numayendeler_Surasinin_iclasi_kechirilecek-909696

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR