Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nardaran ziyarətgahının axundu həbs edildi

Date: 9 December 2015 17:18

Bakı. Samir Məmmədov- Trend:

Nardaranda daha bir nəfər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Trend-ə Nardaran sakinləri məlumat verib. Məlumatda bildirilir ki, Nardarandakı Rəhimə xanım Ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov da polis tərəfindən saxlanılıb. Bildirilir ki, N.Rəhimov ziyarətgahda saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq həbs qətimkan tədbiri seçilib.

Sakinlər bildiriblər ki, axund da Nardaran hadisələrinə görə saxlanılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Nardaran ziyarətgahının axundu həbs edildi

RƏYLƏR


Top news