Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin İnsan Hüquqları Komissiyasına müraciət ünvanlayıb

Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin İnsan Hüquqları Komissiyasına müraciət ünvanlayıb

Date: 9 December 2015 17:18


Bakı, 9 dekabr, AZƏRTAC
Avropa Azərbaycanlıları Konqresi (AAK) 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar Avropa Parlamentinin İnsan Hüquqları Komissiyasına müraciət ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Konqres dünya ictimaiyyətini beynəlxalq hüquq normaları çərçivəsində və ikili standartlara yol vermədən Ermənistanın işğalçılıq siyasətinə münasibət bildirməyə, insanların pozulmuş hüquqlarının müdafiəsi və bərpası üçün birlik və obyektiv mövqe nümayiş etdirməyə çağırıb.
Müraciətdə Qarabağdan didərgin düşmüş insanların taleyi və vətəndə yaşamaq hüquqlarından məhrum olmuş ailələrin aqibəti barədə məlumat verilir, Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğal olunması, BMT-nin bununla bağlı qəbul etdiyi qətnamələr xatırladılır. Avropa Azərbaycanlıları Konqresi Beynəlxalq İnsan Hüquqları Günündə Avropa ictimaiyyətini köçkün düşmüş yüz minlərlə azərbaycanlının hüquqlarının pozulmasına biganə qalmamağa səsləyib.
Sənəddə qeyd edilir ki, bu gün Avropanın minlərlə qaçqının taleyi ilə məşğul olması, evlərini itirmiş insanlara yardım haqqında müzakirələr aparılması AAK tərəfindən müsbət dəyərləndirilsə də, azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətinə laqeyd yanaşılması yolverilməzdir. Həmçinin vurğulanır ki, qaçqınların sayının artması Avropa ölkələrini sözün əsl mənasında qorxu və təlaşa salır, lakin Azərbaycan artıq 20 ildən çoxdur bu problemlə qarşı-qarşıya qalıb.
Müraciətdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın erməni işğalından azad edilməsi və bu torpaqlardan köçkün düşən insanların doğma yurdlarına qaytarılması tələb olunur.

Tags:  Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin İnsan Hüquqları Komissiyasına müraciət ünvanlayıb


RƏYLƏR


Top news