“Günəşli” yatağında baş verən qəzada həlak olan neftçilərin xatirəsi Tbilisidə ehtiramla anılıb

“Günəşli” yatağında baş verən qəzada həlak olan neftçilərin xatirəsi Tbilisidə ehtiramla anılıb
17:18 9 Dekabr 2015
83 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 9 dekabr, AZƏRTAC
“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən qəza nəticəsində həlak olanların xatirəsi Gürcüstanın paytaxtı Tbilisidə ehtiramla anılıb.
Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM), “Borçalı” İctimai Birliyinin, “Aktiv Qadınlar Assosiasiyası”nın üzvləri və Tbilisidəki universitetlərdə SOCAR-ın maliyyə vəsaiti hesabına təhsil alan bir qrup tələbə dekabrın 9-da anma mərasimi keçiriblər.
SOCAR-ın Gürcüstan nümayəndəliyinin ofisinin qarşısında əllərində “Başın sağ olsun, Azərbaycan!”, “Biz həmişə səninləyik!” plakatları tutan iştirakçılar faciə nəticəsində həlak olanların xatirəsini bir dəqiqlik sükutla yad ediblər. Tədbir iştirakçıları binanın önünə qərənfillər düzüb, həlak olan neftçilərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyiblər.
Qeyd edək ki, dekabrın 4-ü, 5-i və 6-da SOCAR-ın Gürcüstan ərazisində fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələrində Azərbaycan bayrağı aşağı endirilib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunesli_yataginda_bas_veren_qezada_helak_olan_neftchilerin_xatiresi_Tbiliside_ehtiramla_anilib-909705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR