Kağız vərəqi standart akkumulyatorları əvəz edəcək

17:18 9 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
İsveçin Linköpinq Universitetinin mütəxəssisləri tərəfindən yaradılmış “Power Paper” adlı yeni kağız vərəqi akkumulyator funksiyasını yerinə yetirir. Belə ki, qurğu enerji saxlamaq və elektrik şəbəkəsindən enerji toplamaq qabiliyyətinə malikdir.
AZƏRTAC “infox.ru” resursuna istinadən bildirir ki, “Power Paper” kağız vərəqi xüsusi keçirici polimer və nanosellüloza materiallarından ibarətdir.
Alimlər bildiriblər ki, polimerin dəyəri çox ucuzdur, sellüloza isə bərpa olunan resursdur. Buna görə “Power Paper” ixtirasının maya dəyəri baha olmayacaq.
Layihə müəlliflərinin sözlərinə görə, “Power Paper” kağız vərəqi sukeçirməzdir və adi kağızla müqayisədə daha möhkəmdir. Alimlər 150x150 millimetr ölçüsündə kağız vərəqindən 1 farad enerji toplamağa nail olublar.
Qeyd edək ki, “Power Paper” kağızının istehsal prosesi məxfi saxlanılır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kagiz_vereqi_standart_akkumulyatorlari_evez_edecek-909711

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR