Masallı -Yardımlı yolu çökdü

Masallı -Yardımlı yolu çökdü
17:21 9 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Masallı-Yardımlı yolununun 16-17-ci km-yi arasında son ayda intensiv yağışlar səbəbindən çökmə baş verib.

ANS PRESS-in xəbərinə görə, 200 m məsafədə yol təqribən 4-5 m dərinlikdə çöküb. Eyni zamanda yol çay yamacına doğru sürüşməkdə də davam edir. Yolun sürüşməyə məruz qalan hissəsinə, dağ yamacından keçməklə alternativ yol çəkilir.
Çay yamacına doğru 150-180 metr enliyində baş verən sürüşmənin yolun hərəkət hissəsində iri çatlar yaratması sürücüləri ciddi narahat edir.Onlar yağıntılı hava şəraitində, xüsusən də günün qaranlıq vaxtı yolda hərəkətin təhlükəli olduğunu deyirlər.


Yol təhlükəli vəziyyətdədir

Məsələnin ciddiliyi Yardımlı rayon icra hakimiyyətini də narahat etdiyindən, rayon üçün həyati əhəmiyyətli yolun hazırkı durumu ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılıb. Artıq alternativ yolun çəkilişinə başlanılıb.Yeni yolun çəkilişinə nəqliyyat nazirliyinin Masallı və Yardımlı yol istismar idarələrinin texnikası və canlı qüvvəsi cəlb edilib.


Əraziyə texnika cəlb olunub

Yağıntılı hava şəraitinə baxmayaraq yolun çəkilişi davam etdirilir. Xatırladaq ki, Masallı-Yardımlı yolu 2006-cı ildə əsaslı təmir edilib.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR