Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın taekvondo üzrə millisi dünya kubokunda Belçika və Özbəkistan yığmalarını məğlub edib

Azərbaycanın taekvondo üzrə millisi dünya kubokunda Belçika və Özbəkistan yığmalarını məğlub edib

Date: 9 December 2015 17:28


Bakı, 9 dekabr, AZƏRTAC 
Meksikanın Mexiko şəhərində Dünya Taekvondo Federasiyası (DTF) tərəfindən təşkil edilən milli komandalar arasında dünya kuboku davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günü kişilərdən ibarət yığma komandamız uğurlu çıxış edib.
Baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Məhəmməd Məmmədov, Ayxan Tağızadə, Sina Bahrami, Səid Quliyev, Milad Beigi Harçeqanı və Radik İsayev ilk görüşünü Belçika yığma komandasına qarşı keçiriblər.
Qarşılaşmada milli komandamız 57:31 hesabı ilə qalib gəlib.
Növbəti döyüşdə Özbəkistan komandasına da şans verməyən təmsilçilərimiz (31:11) qrup mərhələsində yerlərini möhkəmlədiblər.
Azərbaycan millisi İran, Özbəkistan və Belçika komandaları ilə bir qrupda mübarizə aparır.
Taekvondoçularımız yarışın ikinci günü növbəti döyüşünü isə İran yığma komandasına qarşı keçirəcək.

Tags:  Azərbaycanın taekvondo üzrə millisi dünya kubokunda Belçika Özbəkistan yığmalarını məğlub edib


RƏYLƏR


Top news