“Tarixi yaddaş və qondarma əhvalatlar” təqdim olunub

“Tarixi yaddaş və qondarma əhvalatlar” təqdim olunub
17:28 9 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı-publisist Zöhrə Əsgərovanın “Yazıçı” nəşriyyatında çapdan çıxmış “Tarixi yaddaş və qondarma əhvalatlar” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, ədəbiyyatşünas-tənqidçi Əsəd Cahangir kitab haqqında məlumat verib.
Bildirilib ki, kitabda dünyada ateizmin sosial hərəkat kimi formalaşmasının səbəb və nəticələri, cəmiyyətdə din və siyasətin bir-birinə qarşılıqlı təsiri haqqında söhbət açılır. Maraqlı tarixi hadisələr, görkəmli şəxsiyyətlərin siyasi, ədəbi fəaliyyəti müəllif tərəfindən təhlil edilib. Yazıçı, həmçinin əsrlər boyu Azərbaycan torpağına, onun mədəniyyətinə təcavüz edən siyasi qüvvələrin, bədnam qonşularımız ermənilərin işğalçı planlarını ardıcıl olaraq araşdırıb.
Kulturoloq Aydınxan Əbilov, şair Dayandur Sevgin və digər çıxış edənlər kitabda dərc edilən “Nalın tarixi möhürləri”, “Biz olduğumuz kimi yaşamadıq”, “Bəlkə mənə bir ismarıcın var, ana?” və digər esselərdə gənclərimizi düşündürən milli-mənəvi və ümumbəşəri dəyərlər haqqında suallara cavab tapacaqlarını söyləyiblər.
Sonda Z.Əsgərova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tarixi_yaddas_ve_qondarma_ehvalatlar_teqdim_olunub-909718

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR