Nazir polis olmaq istəyən gəncləri yoxladı

Nazir polis olmaq istəyən gəncləri yoxladı
17:31 9 Dekabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov kütləvi informasiya vasitələrində öncədən verilmiş elana uyğun olaraq, Çevik Polis Alayında Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyindəki orqan və hissələrdə vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

DİN-dən ANS PRESS-ə verilən məlumata görə, nazir aidiyyatı baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 1300 iddiaçının arasından daha hazırlıqlı olan 280 nəfərin daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.

Polis peşəsinin çətin və həm də şərəfli olduğunu diqqətə çatdıran nazir Ramil Usubov namizədlərə gələcək xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, onlar daxili işlər orqanlarının ən yaxşı ənənələrini davam etdirərək qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətəninə, xalqına və prezidentinə sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, peşəkarlıqlarını daim artıracaq, respublikamızda sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366867

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR