Şou əhlinin pul dərdi: Bir günə 18 min xərcləyən var - FOTO

Şou əhlinin pul dərdi: Bir günə 18 min xərcləyən var - FOTO
17:37 9 Dekabr 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

Qadınların "bir toya geyindiyim donu, başqa bir məclisə necə geyinim?" sualının cavabı, yəqin bütün kişilərə maraqlıdır.

Milli.Az xəbər verir ki, qafqazinfo bu cavabın axtarışına çıxıb. Məlum oldu ki, ulduz xanımların bu mövzuda xüsusi kaprizləri var... Şou nümayəndələri, tamaşaçı qarşısına çıxan xanımlar geyimlərə yüksək məbləğdə pul xərcləyirlər.

Bir məkana ikinci dəfə eyni paltarı geyinməmək, geyimlərin onlar üçün özəl hazırlanması tələb etmək kimi dəb hökm sürür.

Şou-biznesin ən bahalı geyinən məşhurlardan bir neçəsini nümunə göstərmək istərdim.

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın il ərzində geyimləri müzakirələrə səbəb olub. Aysun mətbuata açıqlamasında ay ərzində geyimlərə 60 min manat xərclədiyini bildirib.

Dəbli və geyim sahəsində kaprizli müğənnilər sırasında Röya Ayxanın adını çəkmək olar. Röya etiraf edib ki, paltar və çantaya pul xərcləməkdə xəsislik etmir. Hətta, ifaçı bir geyimə 18 min manat pul xərclədiyini, ancaq sözügedən geyimi bir neçə dəfə geyindiyini bildirib.

Rəqqasə Oksana Rəsulova isə son dəfə film qalasına geyindiyi geyimi böyük müzakirələrə səbəb olmuşdu. Onun 7700 manat bir gün üçün pul xərclədiyi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunmuşdu.

Xalq artisti Brilliant Dadaşova da geyim sahəsində çox kaprizlidir. Xalq artisti alış-veriş etdiyi yerli butiklərdən tək onun üçün geyim gətirməyini tələb edir.

"Bir paltarı 2-3 dəfə geyinmək qəbahət sayılmır"

Sadə və səliqəli geyimi ilə fərqlənən müğənni Sevda Yəhyayeva açıqlamasında bir geyimdən bir neçə dəfə istifadə etdiyini vurğulayıb:

"Əslində, mənim elə bir sıxıntım yoxdur. Paltarı ancaq bir dəfə geyinməliyəm deyə belə bir şərtim yoxdur. Məsələn, paltar çox xoşuma gəlirsə, onu bir neçə dəfə geyinə bilərəm. Düzdü, səhnədə olan ifaçılar daim geyimlərinə diqqət edir. Biz çalışırıq ki, geyimlərimiz özəl olsun. Yəni bir paltarı 2-3 dəfə geyinmək mənim aləmimdə sıxıntı yaxud qəbahət sayılmır. Belə bir şeyə kompleksim yoxdur".

"Qüsurlu tərəflərini bununla örtməyə çalışırlar"

Psixoloq Nuriyyə Quliyeva şou-biznes nümayəndələrinin qüsurlu tərəflərini örtmək üçün belə bir addım atdığını izah edir:

"Müğənnilər daim geyimlərinə, ayaqqabılarına, saç düzümlərinə, aksessuarlarına xüsusi önəm verir. İncəsənət nümayəndələri zahiri görkəmlərinə xüsusi vaxt ayıraraq mükəmməl görünmək istəyirlər. Hər hansı bir tədbirdə, verilişdə, yığıncaqda iştirak edəcəkləri zaman orada geyinəcəkləri geyimləri daha öncədən xüsusi olaraq hazırlayırlar. Bəzən bir geyimin seçimində bir neçə stilistdən məsləhət alır və bu geyim üçün minlərlə manat xərcləyirlər. Bunun səbəbi xanımların daim seçilmək, fərqlənmək, gözəl görünmək istəyidir.

Bəzən bu geyimlər çox zövqlü olmayıb, sadəcə qeyri-adiliyi ilə fərqlənir. Bu tip insanlar onlar haqda danışılmasını xoşlayan insanlardır. Tanınmış insanların digər qorxusu da eyni geyimi başqa həmkarında görməsidir. Məhz bu səbəbdən onlar xarici ölkələrdən bahalı geyimlər sifariş verir və ya tanınmış dünya şöhrətli stilistlərlə işləyərək xüsusi geyimlər tikdirirlər. Bir məqama da diqqət çəkmək istəyirəm ki, bir çox hallarda daha çox kompleksləri olan şəxslər bu cür geyimlər seçməklə özlərində narazı olduqları tərəflərini kompensasiya etməyə çalışırlar. Yəni bir növ qüsurlu tərəflərini bununla örtməyə çalışırlar".

"Elə müğənnilər var ki, eqo hissi onlarda yüksəkdir"

Dəb məsləhətçisi Elnarə Bəkirova belə müğənnilərin kompleksli olduqlarını söyləyib:

"Bu məsələnin psixoloji tərəfləri daha çoxdur. Belə məşhur özünə güvənmir və çox komplekslidir. Elə müğənnilər var ki, eqo hiss onlarda yüksəkdir. Onlar gözəl sözlərdən doymayan şəxslərdir. Hamını əzib gözəl görünməkləri üçün əllərindən gələni edirlər. Çox vaxt geyimdən başqasında olmasını istəmirlər. Başqasında həmin geyimi görəndə narahat olurlar.

Belə şeyin yalnış olduğunu deyə bilmərəm. Bunun təsirini sosial şəbəkələrdə daha çox görürəm. Bu problem indi daha çox qloballaşıb. Sosial şəbəkələr olmasa xanımlar, müğənnilər bu qədər bir-biriylə rəqabət apara bilməz. İnstaqram, Feysbuk-da bir-birini izləyirlər, başqasından daha çox fərqlənmək istəyirlər".

"Bənzər geyimlərdən istifadə etmələri xoş hal deyil"

"İncə maraqlar" verilişinin aparıcısı Elnarə Təhməzova təkrar geyimlərdən istifadə olunmasının xoş bir hal olmağını deyib:

"Bu məsələ xarakterə görə dəyişir, bəziləri isə məcburdur. Düşünürəm ki, həmin şəxslər üzdə olan insanlardı, çox təkrar olmasa yaxşıdır. Toylar və başqa məclislərdə təkrar geyimlərdən istifadə etmək olar. Hətta, bir aksessuarla təkrar geyimi yenidən təqdim etməkdə mümkündür. Bənzər geyimlərdən istifadə etmələri xoş hal deyil. Əsas geyimə çox pul xərcləmələri deyil, zövqdür, geyimi düzgün təqdim etməkdir".

Milli.Az








RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Astmanın əlamətləri

25 İyun 2017 22:52

Çox sevinmək ürəyə ziyandır -

25 İyun 2017 22:51

Bəd-nəzər həqiqətən varmı?

25 İyun 2017 22:47

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb

25 İyun 2017 22:37

Audi-nin ən sürətli kabrioleti - FOTO

25 İyun 2017 22:37

Tonqo sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

25 İyun 2017 22:37

Tanış olun: İnstagram-dakı zəngin valideynlər - FOTO

25 İyun 2017 22:32

Yəməndə məcidlərin birində atışma: 4 ölü

25 İyun 2017 22:29

Müəllim və həkim heyəti məcburi tarlalara göndərilir

25 İyun 2017 22:27

"İyrənc texnologiya" -

25 İyun 2017 22:23

Akademik Ziyad Səmədzadənin 77 yaşı tamam olub

25 İyun 2017 22:22

Bu axşam fitrə çıxarmağı unutmayın

25 İyun 2017 22:22

Astma xəstəliyinə qarşı istifadə edilən bitki

25 İyun 2017 22:22

20 min azərbaycanlını dinindən döndərmək İSTƏYİBLƏR

25 İyun 2017 22:22

Cəlilabadda ölümlə nəticələnən QƏZA

25 İyun 2017 22:18

Qan qrupu xarakterinizdən xəbər verir

25 İyun 2017 22:17

Məqsədli öpüşlər... - BUSƏLƏRİN MƏNASI

25 İyun 2017 22:17

Göygöldə “Opel“ piyadanı vuraraq sürüdü

25 İyun 2017 22:14

Prezident İlham Əliyev Qran-Prinin final yarışına baxıb

25 İyun 2017 22:12

Göygöldə mübahisə etdi, maşını ilə vurdu

25 İyun 2017 22:12

Göygöldə mübahisə edən şəxslərdən biri digərini maşınla vurub

25 İyun 2017 22:07

Onlar fotoşop qurbanlarıdır - FOTO

25 İyun 2017 22:05

Bakıda 25 min manatlıq CİNAYƏT

25 İyun 2017 22:04

Tanınmış teleaparıcı rep oxudu - VİDEO

25 İyun 2017 21:58

BMW 6-Series Gran Turismo - FOTO

25 İyun 2017 21:57

Adolf Hitler ölməyib -

25 İyun 2017 21:53

Darçın yağının faydaları

25 İyun 2017 21:52

Evə soxulub ana və qızı bıçaqlayan tutuldu

25 İyun 2017 21:47

Saqqız çeynəməyin faydaları

25 İyun 2017 21:47

Lənkəranda qətl törədən şəxs Bakıda tutuldu

25 İyun 2017 21:44

İsrail hərbiçiləri sərhəddə Suriya mövqelərinə hücum edib

25 İyun 2017 21:43

Konfederasiyalar Kuboku: Yarımfinal cütlükləri bəlli oldu

25 İyun 2017 21:42

Lexus CT 200h-ı təkmilləşdirib - FOTO

25 İyun 2017 21:37

Yuxarı Şirvan kanalında naməlum kişi meyiti tapılıb

25 İyun 2017 21:32

19 yaşlı aktrisa alış-verişdə - FOTO

25 İyun 2017 21:32

Almaniyadan Ərdoğanın mühafizəçilərinə QADAĞA

25 İyun 2017 21:23

İlan sancması zamanı nə etməli?

25 İyun 2017 21:22

Android telefonları olanlar -

25 İyun 2017 21:20

Bakıda iraqlı turistin meyiti tapıldı

25 İyun 2017 21:19

Kanada vətəndaşı Azərbaycan mahnılarına aşiqdir - VİDEO

25 İyun 2017 21:17

Bakıda işıqfora məhəl qoymayan sürücü qəza törətdi - VİDEO

25 İyun 2017 21:17

Diliniz dərdinizdən danışır...

25 İyun 2017 21:17

Plastik qapı-pəncərə alarkən diqqətli olun - VİDEO

25 İyun 2017 21:17

Lənkəranda evə basqın edərək 1 nəfərin ölümü, digərinin bıçaq xəsarəti almasında şübhəli bilinən şəxs saxlanılıb

25 İyun 2017 21:17

Ramazandan sonra necə qidalanmalı? - VİDEO

25 İyun 2017 21:17

Fəhlənin əsərləri peşəkar rəssamı xatırladır - VİDEO

25 İyun 2017 21:12

Allahın ən üstün bəndələrinin 5 nişanəsi

25 İyun 2017 21:12

Ev tikmək istəyənlər bu xəbəri isləsin - VİDEO

25 İyun 2017 21:12

Məşhur modelin bacısı fotolarını yaydı - FOTO

25 İyun 2017 21:05

Noxud oğrularını iş başında tutan kişi ölümcül döyüldü - VİDEO

25 İyun 2017 21:05