Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ukraynada cinayət törədən azərbaycanlılara hökm oxundu

Ukraynada cinayət törədən azərbaycanlılara hökm oxundu

Date: 9 December 2015 17:41

Ukraynanın paytaxtı Kiyevdə Avromaydan hadisələrinin iştirakçılarına qarşı cinayət törətdiklərinə görə iki azərbaycanlıya hökm oxunub.

ANS PRESS-in məlumatına görə bu barədə Ukrayna Baş Prokurorluğunun ictimaiyyətlə əlaqələr İdarəsindən açıqlam verilib.Kiyev şəhərinin Obolonsk rayon məhkəməsinin qərarı ilə hər iki azərbaycanlı 4 il müddətinə azadlıqdan azadlıqdan məhrum edilib.

Məlum olub ki, bu Azərbaycan vətəndaşları "İnqilab" iştirakçılarına qarşı bir sıra cinayətlər törədib. Onlar xuliqanlıq, soyğunçuluq, adam oğurluğu, əvvəlcədən hazırlanmış əşyalar vasitəsi ilə bədənə xəsarət yetirmə, şəxsə əzab vermə maddələri ilə ittham ediliblər.

Həmin şəxlər 2014-ci ilin yanvarında bir qrup şəxslə birləşərək vətəndaşa hücum edərək ona xəsarət yetirib, daha sonra əmlakını ələ keçiriblər.

İbtidai istintaq və təhqiqatı Ukrayna Baş Prokurorluğu həyata keçirib.

Ümumiyyətlə Maydan hərakatı 2013-cü ilin noyabr ayından başlayıb. Belə ki, Avropa Birliyi ilə danışıqlar dayandırıldıqdan sonra yüzlərlə avrointeqrasiya tərəfdarı küçələrə axışıb. Aylarla davam edən aksiyalar Viktor Yanukoviçin istefası ilə nəticələnib. Daha sonra hakimiyyətə Pyotr Poroşenko gəlib. Maydan hadisələri kimi tarixə düşən qarşıdurmalarda 100 nəfərin öldüyü deyilir.


Avromaydan hərəkatı

Tags:  Ukraynada cinayət törədən azərbaycanlılara hökm oxundu

RƏYLƏR


Top news