Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BP-nin Layihələri İdarəetmə Məktəbinin buraxılış tədbiri keçirilib

BP-nin Layihələri İdarəetmə Məktəbinin buraxılış tədbiri keçirilib

Date: 9 December 2015 17:42

Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün BP Xəzər Mərkəzində Layihələri İdarəetmə Məktəbinin buraxılış tədbiri keçirilib. "Report" xəbər verir ki, 2011-ci ildən fəaliyyət göstərən məktəbin bu il 87 məzunu olub.
Tədbirdə çıxış edən BP-nin istehsal üzrə vitse-prezidenti Pat Draqun deyib ki, son 4 ildə 100-dən artıq təşkilat bu proqram vasitəsilə öz heyətinin layihə idarəetmə bacarıqlarını inkişaf etdirməyə maraq göstərib.
Xatırladaq ki, bu proqramı ümumilikdə 325 rəhbər işçi və mütəxəssis başa vurub.
Qeyd edək ki, BP-nin Layihələrin İdarəetmə Məktəbinin ­buraxılış tədbiri başlanmazdan öncə qonaqlar dekabrın 4-də "Günəş­li" yatağında qəzada həlak olan neftçilərin xatirəsini birdəqiqəli­k sükutla yad ediblər.

Tags:  BP-nin Layihələri İdarəetmə Məktəbinin buraxılış tədbiri keçirilib

RƏYLƏR


Top news