Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İsrail səfiri: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konstruktiv dialoq lazımdır

Date: 9 December 2015 17:48

Bakı. Anaxanım Hidayətova - Trend:

Dağlıq Qarabağ münaqişəsini tərəflər arasında birbaşa danışıqlar yolu ilə həll etmək lazımdır. Bunu Trend-ə müsahibəsində İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav deyib.

O bildirib: "Azəraycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə verdiyi əhəmiyyəti başa düşürəm, çünki söhbət ölkə ərazisinin 20 faizindən - Dağlıq Qarabağdan və 7 ətraf rayondan gedir".

Diplomat qeyd edib ki, konstruktiv və nəticəyə hesablanmış dialoq zəruridir.

D.Stav ümid etdiyini bildirib ki, hər iki tərəf mövcud münaqişənin məqbul həllini tapa biləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  İsrail səfiri Dağlıq Qarabağ münaqişəsinin həlli konstruktiv dialoq lazımdır


RƏYLƏR


Top news