Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dustaq yoldaşını ağır zərbə vuran "ZEK"ə 9 İL HƏBS

Dustaq yoldaşını ağır zərbə vuran "ZEK"ə 9 İL HƏBS

Date: 9 December 2015 17:49

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaq yoldaşının sağlamlığına ağır zərbə vurmaqda təqsirli bilinən Xəyal Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Xəyal Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. 

 

Qeyd edək ki, Cinayət Məcəlləsinin 181-ci ( quldurluq) maddəsi ilə ittiham olunaraq dustaq həyatı yaşayan Xəyal Quliyev cəzaçəkmə müəssisəsinin idman zalında Cinayət Məcəlləsinin 120( adam öldürmə) maddəsi ilə təqsirli bilinərək həbs həyatı yaşayan Ələkbər Kasimova 3 yumruq zərbəsi vuraraq sonuncun sağlamlığına ağır zərbə vurub.

 


Tags:  Dustaq yoldaşını ağır zərbə vuran ZEKə İL HƏBS

RƏYLƏR


Top news