Parisi qana bulayanlardan daha birinin kimliyi bilindi (FOTO)

Parisi qana bulayanlardan daha birinin kimliyi bilindi (FOTO)
17:51 9 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Paris terrorunu törədənlərdən daha birinin şəxsiyyəti bəlli oldu.

ANS PRESS-in verdiyi məlumata görə, noyabrın 13-ü axşam saatlarında Fransanın paytaxtı Parisdə teror hadisələrini törədən 3-cü kamikadzenin şəxsiyyəti məlum olub.

Bu şəxsin Strasburqda anadan olan 29 yaşlı Fuad Məhəmməd Aggad olduğu bildirilir.

Əldə edilən məlumatlara görə, qardaşı ilə birlikdə 2013-cü ildə Suriyaya köçən Aggad qanlı olayın əsas səbəbkarlarından biridir.

Qanlı hadisələri törədən digər iki nəfər isə İsmail Ömər Mostefa və Sami Amimour adlı kamikadzelərin şəxsiyyətləri təyin olunmuşdu.

İsmail Ömər Mostefa 1985-ci il noyabrın 21-də Fransanın Eson vilayətində anadan olub.

Lakin terrorda adı hallanan şəxslər ancaq onlar deyil. Bildirilir ki, cinayətkarlardan biri Abdulbake B. adlı şəxs olub. Mətbuat onun haqqında başqa heç bir məlumat yaymayıb.


Parisdə törədilən terror hadisəsinə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Teror hadisəsini təşkil edənlərdən biri Salah Abdeslam hələdə axtarışdadır.

Baş verən qanlı hadisələrdən sonra onun Belçikaya, oradanda Suriyaya getdiyi barədə fikirləri söylənilir.

Fransada terror hadisəsi noyabrın 13-də baş verib. Bir-birinin ardınca törədilən terror aktlarından ən böyüyü “Bataclan” konsert salonunda və Fransa-Almaniya arasında futbol matçı keçirilən stadionun yaxınlığında baş verib. Terror aktları nəticəsində 132 nəfər ölüb, 300-ə yaxın insan ölüb.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR