Yağmurlu hava şəraiti ilə əlaqədar Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb

Yağmurlu hava şəraiti ilə əlaqədar Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb
17:53 9 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Yağmurlu hava şəraiti ilə əlaqədar Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AZƏRTAC-a bildirilib ki, hava şəraiti ilə əlaqədar olaraq Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 kilometr/saatdan 100 kilometr/saata, bir zolaqda 100 kilometr/saatdan 80 kilometr/saata, axırıncı zolaqda isə 80 kilometr/saatdan 60 kilometr/saata endirilib. Eyni zamanda, Zığ dairəsi - Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 kilometr/saatdan 100 kilometr/saata, ikinci zolaqda 100 kilometr/saatdan 80 kilometr/saata, üçüncü zolaqda isə 80 kilometr/saatdan 60 kilometr/saata qədər azaldılıb.
Qeyd edək ki, hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yagmurlu_hava_seraiti_ile_elaqedar_Bakida_iki_avtomobil_yolunda_suret_heddi_asagi_salinib-909738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR